Tayland Kralı Maha Vajiralongkorn keçmiş stüardessa və generalla evlənib.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, nikah tacqoyma mərasimindən cəmi bir neçə gün sonra baş tutub.
Taylandın yeni Kraliçası Suthida Tidjai 2014-cü ildə Tay Hava Yollarında stüardessa kimi çalışıb. Daha sonra isə kralın şəxsi mühafizəçilərinin komandir köməkçisi işləyib, 2016-cı ildə ordu generalı olub. O, xanım mənasına gələn "thanpuying" kral ünvanına yiyələnib.
Qeyd edək ki, Tayland 1932-ci ildən bəri konstitusiyalı monarxiyadır. Kral Maha Vajiralongkorn 2016-cı ildə atası Kral Bhumibol Adulyadejin ölümündən sonra taxt-taca yiyələnib.
Gülşən
Şərhlər