Malayziyanın kralı sultan II Abdullah Riyatuddin əl-Mustafa və kralıça Əzizə Aminə Maymun İskəndəriyə karantinə alınıb.
Qaynarinfo xəbər verir ki, kral sarayında işləyən 7 nəfərdə virus aşkar edildikdən sonra kral və kralıçada testdən keçirilib. Testin nəticəsi mənfi çıxıb. Buna baxmayaraq, kral və kraliça 25-dən 14 günlük karantinə alınıb.
Qeyd edək ki, indiyədək Malayziyada 1 796 nəfər koronavirus pandemiyasına yoluxub, 21 nəfər ölüb, 199-u isə sağalıb.
Şərhlər