Linkedin-də İngiltərə kraliçası II Elizabetin sosial şəbəkə hesablarının idarə edilməsi üçün iş elanı yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, elanda iş üçün müraciətlərin 24 dekabra qədər edilə biləcəyi qeyd olunub. Kraliça kreativ və novator, qələm ustası və yaxşı redaktor olmaq, fərqli qruplar, məqsədlər və formatlar üçün məhsul hazırlaya biləcək mütəxəssis axtarır.
Bu xüsusiyyətlərə sahib şəxsə illik 45-50 min funt sterlinq maaş, pensiyasının 15 faizinin ödənilməsi, ildə 33 gün istirahət və pulsuz nahar veriləcək. Lakin elanda görülən işin ən böyük mükafatının hazırladığınız materialın bütün dünyada paylaşılması olacağı bildirilir.
Camal
Şərhlər