Azərbaycanın Mərkəzi Bankı əhalinin kütləvi borclanmasının qarşısını almaq, həm də hüquqlarını qorumaq üçün banklar qarşısında yeni tələb qoyacaq.
Qaynar.info ANS TV-yə istinadən xəbər verir ki, müştəri aldığı krediti, digər məhsullarda olduğu kimi 14 gün ərzində geri qaytarmaq hüququna malik olacaqdır. Qısası, siz kredit götürdükdən sonra ona ehtiyacın olmadığını hiss etdikdə geri qaytara bilərsiniz.
Mərkəzi Bank bununla bağlı metodoloji sənədi ilin sonuna qədər banklara göndərməyi nəzərdə tutur. Qurumdan verilən məlumata görə, hələ sənəd üzərində işlər bitmədiyindən təfərrüatlar tam bəlli deyil.
Qaynar.info
Şərhlər