Dünya 15:41 18.06.2021

Kreml Ermənistan seçkilərində kimi dəstəkləyəcək? – Peskovun cavabı

Kreml "yaxın müttəfiqi və tərəfdaşı” Ermənistanda parlament seçkilərinin uğurlu keçirilməsini arzulayır. 

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ermənistandakı seçkilərdə kimləri dəstəkləməsi sualını cavablandırarkən deyib.

"Sual, ən azı, qəribədir. Əlbəttə ki, yaxın müttəfiqimizə və ortağımıza uğurlu parlament seçkiləri diləyirik", - Dmitri Peskov bildirib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilər iyunun 20-də keçiriləcək. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.
 
Alpər