Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərin "Dövlət Dumasına bu ilin dekabrında növbədənkənar seçkinin planlaşdırılmasıyla bağlı təsdiqlənməmiş məlumatların nə dərəcədə doğruluğu”na dair sualına cavab verib.
Qaynarinfo xəbər verir ki, mətbuat katibi jurnalistlərin sualına qeyri-müəyyən cavab verib.
"Biz heç vaxt bu cür təsdiqlənməmiş məlumatları şərh etmirik", - Peskov deyib.
Kremlin nümayəndəsi son zamanlarda belə məlumatların çoxaldığını da qeyd edib. Peskov həmçinin jurnalistləri bütün məlumat mənbələrini ehtiyatla yoxlamağı məsləhət görüb.
Alpər
Şərhlər