Cənubi Koreyada 20 yaşlı gənc kripto pula yatırdığı pulu itirəndən sonra intihar edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ölkənin kripto pul vahidlərinə tətbiq etdiyi dəyişiklik və qadağalardan sonra təxminən 183 min dollarını itirən gənc intihar edib. Gəncin depressiya və yuxusuzluq kimi problemlərinin olduğu bildirilir.
Anası tərəfindən otağında ölü tapılan tələbənin başında plastik paket, otağında isə 13 litrlik helium qazı tapılıb.
Gülşən
Şərhlər