Xəbər lenti

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu
Ölkə 20:10 30.05.2024

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 


DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya  bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "TikTok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib. 


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->