Xəbər lenti

Kunq-Fu üzrə Azərbaycan çempionatı keçirilib (FOTOLAR)
Foto 15:26 09.05.2019

Kunq-Fu üzrə Azərbaycan çempionatı keçirilib (FOTOLAR)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kunq-Fu Federasiyasının birgə təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya kompleksində Kunq-Fu üzrə XXVII Azərbaycan çempionatı keçirilib.

Qaynarinfo xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən federasiyanın prezidenti, polis mayoru Nurlan Aslanov gənc nəslin sağlam ruhda böyümələri üçün var gücləri ilə çalışdıqlarını, Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasətinin ətrafında birləşdiklərini qeyd edib.

Nurlan Aslanov vurğulayıb ki, Azərbaycan çempionatında 41 idman klubu iştirak edir. 500-dən çox idmançı bu gün qalibiyyət uğrunda vuruşacaq.

Daha sonra yarımfinal və final qarşılaşmaları baş tutub. 9 çəki dərəcəsində final qarşılaşmasında - 56 kq-da Səxavət Həsənov, 60 kq-da Murad Qasımov, 65 kq-da Toğrul Mikayılov, 70 kq-da İsrafil Şabanov, 75 kq-da Yerkin Osmanov, 80 kq-da Telman Süleymanov, 85 kq-da Rafət Əsədov, 90 kq-da Əsgər Zeynallı və +90 kq-da Ruhin Şabanov Azərbaycan çempionu adını qazanıblar.

Komandalar hesabında kişilər arasında yarışın fəxri kubokuna Cənub-Cəlilabad, gənclərdə Sərhədçi idmançıları, yeniyetmələr arasında isə "Neftçi" sahiblənib. 

Qeyd edək ki, qaliblər medal, kubok və diplomla təltif ediliblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->