Ölkə 19:48 05.06.2020

Kür çayında 18 yaşlı oğlan batıb - FHN axtarış aparır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Bərdə rayonunun Nazırlı kəndi ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.