Xəbər lenti

Kürdləri müvəqqəti hökumət yaratdı
Dünya 23:34 12.11.2013

Kürdləri müvəqqəti hökumət yaratdı


Suriyanın şimal-şərqində yaşayan kürdlər bu gün müstəqil müvəqqəti keçid hökumətinin yaradılmasını bəyan ediblər.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.
 
Agentliyin verdiyi xəbərə görə, bu bəyanat şimal-şərq ərazilərin islamçı qruplaşmalardan azad olunaraq kürd özünümüdafiə dəstələrinin nəzarətinə keçdikdən sonra verilib. 
 
Bundan əvvəl Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası da İstanbulda keçirilən toplantıda müvəqqəti hökumətin yaradılmasını elan edib.
 
Qeyd edək ki, Suriyanın 23 milyonluq əhalisinin 10 faizini təşkil edən kürdlər ölkənin neft mədənləri ilə zəngin olan, Türkiyə ilə həmsərhəd şimal-şərq bölgəsində yaşayırlar.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->