"Kurtlar Vadisi"nin Erhanı: "Ən qısa vaxtda Şuşaya gedəcəyəm" (MÜSAHİBƏ)

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Teleqraf.com-un suallarını cavablandırıb.

Erhan Ufak ilə müsahibəni təqdim edirik:

- Erhan bəy, sizi ölkəmizdə xoş gördük. Azərbaycana gəlişinizin məqsədi nədir?

- Hazırda "Sənət Akademiyası"na görə Bakıya gəlmişəm. Aktyor dərslərimizə başladıq. Məktəbin açılışı oldu və fəaliyyətimizə davam edirik. Bizim əsas məqsədimiz bu idi.

- Türkiyə mətbuatında tez-tez "Kurtlar Vadisi Xaos" serialının davamının çəkilməsi haqqında xəbərlər yayılır. Nəcati Şaşmaz ilə bu haqda müzakirə aparmısınızmı?

- "Kurtlar Vadisi Xaos” serialının davamının çəkilməsi bəlli deyil. Ona görə də hər hansı məlumat deyə bilmirəm.

- Azərbaycana tez-tez gəlirsiniz. İnsanlar sizi tanıyırlar?

- Bəli, insanlar məni küçədə görərkən tanıyırlar.

- Bakıdan ev almağı düşünürsüzümü?

- Ola bilər...

- Qarşıda hansı planlarınız var. Yeni mövsümdə seriallara çəkiləcəksinizmi?

- Bəli, serial təklifləri var. Bir çox yeniliklər olacaq. Bu haqda məlumat veriləcək.

- Özünüzü komedik obrazda sınaya bilərsinizmi?

- Türkiyədə kino sahəsində sistem nəyi tələb edirsə, ona uyğun davam edirik.
Komedik filmlərdən təklif gələrsə, niyə də olmasın....

- Azərbaycan film təklifləri varmı?

- Azərbaycanda yeni layihə edəcəyik.

- Azərbaycan və Türkiyənin ortaq layihəsi olacaq?

- Bəli. Film haqqında indi açıqlama vermək istəmirik.

- Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etdi.
Prezident İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu haqda nə deyə bilərsiniz?

- İki qardaş birləşdi.

- Şuşaya getmək istəyərsinizmi?

- Təbii ki, Şuşaya getmək istəyərəm. Ən qısa vaxtda da Şuşaya gedəcəyəm.

X
XƏBƏRLƏR
BLOGLAR