Küveytin İraqın Bəsrə şəhərində yerləşən konsulluğunun diplomatları geri çağırılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb İraqda davam edən şiddətli etiraz aksiyaları ilə əlaqədar ortaya çıxan təhlükəsizlik məsələsidir.
Qeyd edək ki, İraqda əhali oktyabr ayının əvvəllərindən bəri yoxsulluq, işsizlik, korrupsiya əleyhinə nümayişlər təşkil edir.
Gülşən
Şərhlər