Çempionlar Liqasının bu gün keçiriləcək final oyunundan öncə Ukraynanın paytaxtı Kiyevdə həyacanlı anlar yaşanıb.
Qaynarinfo xəbər verir ki, "Real" - "Liverpul" matçından əvvəl təhlükəsizlik orqanlarına metroda bomba olması ilə bağlı məlumat daxil olub. Təhlükəsizlik qüvvələri dərhal 5 metrostansiyasını bağlayıb.
Bu barədə Kiyev metrosunun "Twitter" hesabı məlumat yayıb: "Dnepr", Gidropark", "Levoberejnaya", "Arsenalnaya" və "Geroev Dnepra" metrostansiyaları bomba şübhəsi ilə bağlanıb. Bütün sərnişinlər təxliyə edilib, axtarış işləri aparılıb".
Lakin stansiyaların heç birində partlayıcı maddə aşkarlanmayıb və metronun fəaliyyəti bərpa edilib.
Şərhlər