Yaxın vaxtlarda Şuşanın ətraf kəndləri və Laçın şəhəri Azərbaycana veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Şərəfim var” blokundan olan deputatı Tiqran Abramyan bildirib.
O, sərhədlərin delmitasiya və demarkasiya prosesindən danışarkən qeyd edib ki, bu məsələlər toponimlə deyil, xəritələrlə həllini tapır. Deputat əsas problemin Azərbaycan və Ermənistan sərhəddi ilə yox, Qarabağla bağlı olduğunu bildirib:
"Ermənistan hökuməti yaxın üç ildə aparılacaq danışıqlarda təminat verə bilmir ki, hansı əraziləri güzəştə gedəcək və ya getməyəcək. Bununla bağlı prinsipial mövqeyi də yoxdur. Azərbaycan-Ermənistan sərhəddini müəyyən etmək əsas problem deyil. Əsas məsələ Şuşa ətrafı kəndlər və Laçın şəhəridir. Belə davam edərsə, yaxın zamanlarda Şuşanın ətrafındakı kəndlər və Laçın şəhəri Azərbaycana veriləcək”.
Deputat daha sonra əlavə edib ki, Ermənistan hakimiyyəti artıq Qarabağla bağlı heç bir iş görmür:
"Ermənistan hökuməti bizə deyir ki, Qarabağla bağlı sualları onlara ünvanlamayaq. Açıq şəkildə deyirlər ki, Qarabağla məsələləri onlardan soruşmayaq. Onlar artıq bu problemlə bağlı heç bir iş görmək istəmirlər və sakitcə əllərini hər şeydən çəkiblər. Humanitar yardım məsələsindən başqa heç bir mövzuda məsuliyyəti üzərlərinə götürmürlər”.
Seyid
Şərhlər