Xəbər lenti

Lalə Zamanı (ŞEİR)
Sənət 10:39 31.01.2018

Lalə Zamanı (ŞEİR)

QARDAŞXAN

Laləbəyim anaya

Quşbaşı qış laləsi
bənövşəsayaq olur,
o cür alyanaq olan,
bu cür ağappaq olur.

göyün göy xalı olan
yerdə ağ xalı olur,
özünün qara xalı
qapqara torpaq olur.

anam da bir naz verir:
"Xoş gəlmisən, ağ oğlan!”
ağ atlı oğlan olsa, 
bir ümid tapmaq olur.

laləsə nalə çəkir:
"Allah nə oda düşdüm?!”
od oda qalananda
qiyamət qopmaq olur.

ömrün ani bir anı
olur Lalə Zamanı,–
hər ana– lalə ana
ata ağ zanbaq olur.

Ömrün qar uçqunundan
bir gün bu uçmaq olur, –
Lalə Vaxtında olan
ölür, amma sağ olur!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->