Larri Kinq koronavirusdan vəfat etdi

Larri Kinq koronavirusdan vəfat etdi

Amerikalı teleaparıcı Larri Kinq vəfat edib.
 
Qaynarinfo xəbər verir ki, o 87 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib. 
 
Yəhudi əsilli jurnalist teleaparıcı kimi böyük şöhrət qazanmışdı.
 
Tanınmış jurnalist siyasətçilər, aktyorlar, idmançılar və digər məşhurlardan ümumilikdə 50 mindən artıq müsahibə götürüb.

Kinq "Emmi”, "Pibodi” mükafatlarının laureatı, həmçinin "Cable ACE”ın onqat mükafatçısı olub.

2017-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparan Kinq 2019-cu ildə  anqioplastika edilib,
 
Yanvar ayının əvvəlində isə o, koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilsə də Los Ancelesdəki xəstəxanaların birində ölüb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR