Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsindən danışdı

Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsindən danışdı

Rusiyanın Xarici İşlər naziri Sergay Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsi məsələsinə toxunub. 

Qaynarinfo-nun xəbərinə görə, S.Lavrov mətbuat konfransında deyib ki, Rusiya bütün növ humanitar məsələlərin dərhal həll olunmasının tərəfdarıdır. 

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov deyib.

S.Lavrov onu da əlavə edib ki, Rusiya nasizmin qəhrəmanlaşdırılmasına qarşıdır. 
X
XƏBƏRLƏR
BLOGLAR