Xəbər lenti

Ölkə 09:41 27.04.2016

Lənkəran sakinləri bir-birini bıçaqladılar

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. 

Hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, 20 yaşlı Lənkəran sakini Mirsaleh Rasim oğlu Kişiyevlə onun qonşusu, 38 yaşlı Eldar Rafiq oğlu Məmiyevin arasında yaranmış mübahisə onların bir-birini bıçaqlaması ilə nəticələnib.
 
Hər iki şəxs dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində müvafiq cərrahi əməliyyatlar aparılıb, yaraları tikilib. Hazırda vəziyyətlərinin stabil olduğu bildirilir.
 
Hadisənin dəqiq başvermə səbəbləri polis tərəfindən araşdırılır. (apa)

Qaynarinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->