Xəbər lenti

Lerikdə ayı kəndə hücum etdi
Ölkə 23:17 16.06.2021

Lerikdə ayı kəndə hücum etdi

Lerik rayonunda ayı kəndə hucum edib.

Report xəbər verir ki, hadisə rayonun Mistan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Şəmsi Nurəli oğluna məxsus arıçılıq təsərrüfatına hucum edən ayı arı pətəklərini dağıdıb.

Hadisədən xəbər tutan ev sahibi qonşuların və itlərin köməkliyi ilə ayını ərazidən uzaqlaşdırıblar. Amma buna baxmayaraq, fermerə maddi ziyan dəyib, arıların yeşikləri, çərçivələri dağılıb.

Qeyd edək ki, bu ayıların kəndə ilk hücumu deyil. Bundan əvvəl vəhşi heyvan yerli sakinlərin kənd təsərrüfatı heyvanlarına zərər vurub .

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->