Xəbər lenti

Lerikin 3 kəndindən Milli Məclisə müraciət:
Ölkə 09:54 20.06.2018

Lerikin 3 kəndindən Milli Məclisə müraciət: "Bizi köçürün..."

Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin əhalisi bu dəfə də Azərbaycan Respublikasının Milli Məclisinə müraciət ediblər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə istiqlal.az-a daxil olan məlumatda bildirilir.

Müraciət edən sakinlər bu dəfə şəxsiyyət vəsiqələrinin nömrələrini də qeyd ediblər. 

Onlar kəndlərinə yaxın bulağın "Azərsu" rəhbəri Qorxmaz Hüseynov və Lerik rayon İcra Hakimiyyəti tərəfindən zorla başqa kəndə aparılması üçün cəhdlər edildiyini vurğulayıblar. 

Sakinlər deyirlər ki, bu su aparılacaqsa, kəndlər susuzluqdan köçmək məcburiyyətindən qalacaqlar. Bundan əlavə, 20 hektardan artıq meşə massivi məhv olacaq. Onlar deyirlər ki, qanunla suyun mənbədən götürülməsi qadağandır. 

Müraciətin tam mətnini təqdim edirik: 

"Hörmətli Milli Məclisin sədri Oqtay Əsədov və deputatlar, nəzərinizə çatdırırıq ki, kəndlərimiz Lerik rayonunun Osyodərə ərazisinə daxil olmaqla 1200 nəfərdən artıq əhalisi var. 45 ev olan Şivlə kəndi Qarabağ savaşında 7 şəhid vermiş, 3 əlilimiz var.

Bu kəndin şəhid övladı Ağayev Fərhad İslam oğlu Respublikamızda dövlət çevrilişinə cəhdin qarşısını kəsərkən 1995-ci ilin mart hadisələrində şəhid olmuş, mərhum prezident Heydər Əliyev tərəfindən həmin ilin may ayınında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Biz Azərbaycan dövlətinə sadiqik, dövlətin bütün tədbirlərində ruh yüksəkliyi ilə iştirak etməklə ondan heç bir əlavə tələbimiz yoxdur. Lakin rayonumuzun icra başçısı Rövşən Bağırov bizim sakitliyimizi pozaraq istifadəmizdə olan suyu Şingədulan ərazisinə verməkdə qərarlıdır. O, əlaltısı və ona sədaqətlə qulluq edən müavini Habil Məlikovla birləşərək kəndlərimizi tənəzzülə uğratmaq üçün var-qüvvə ilə hərəkətə keçmişdir. Əlimizdə olan məlumata görə Habil Məlikov bu suyu Şingədulandan da öz yaşadığı kəndə aparmaq niyyətindədir. 

Hörmətli Prezidentimiz İlham Əliyev cənabları Lerik-Noda-Xanəgah avtomobil yolunun tikilməsi üçün 17 milyon manat pul ayırdı.Həmin yol tikilsə də, istismar müddəti 1 il də davam etmədi, dağılıb bərbad oldu.

Biz də başçı Rövşən Bağırovdan Şivlə və Biləvər kəndlərinin 3 kilometrlik yolunun çəkilməsinə kömək etməyini xahiş etdik. O isə yol üçün topladığımız 3650 manatı yanacaq pulu adıyla əlimizdən aldı, yolumuzsa çəkilmədi. Pulu geri tələb etdik... O gündən kəndlərimiz Rövşən Bağırovun qara siyahısına düşdü. Heç nədən çəkinmədən deyir: ”Mənim qara siyahıma düşən oradan şıxa bilməz...” 

Sonuncu dəfə yanında olanda dedi ki, mən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla danşmışam. O məndən mənbə istədi, mən də sizin suyu verməcəyəm. Biz 30-a yaxın sakin, ağsaqqal "Azərsu" ASC-yə getdik. Qorxmaz Hüseynov və müavinləri bizi qəbul etmədilər. Layihə rəhbəri Şöhrət adlı şəxs bizimlə görüşdü və suyu aparacaqlarını dedi. Biz burada maraqların olduğunu da istisna etmirik.  

Bundan sonra kütləvi olaraq Prezident Adminstrasiyasna getdik. Orada şikayətlərimizi bildirdik. İndi də nəticə gözləyirrik. Amma Şingədulan sakinləri isə deyirlər ki, biz icra başçısını "razı" salmışıq və suyu zorla da olsa, apararıq. Biz bilmirik ki, bu "razılıq" konkret nədir, amma bunun da bir maddi maraq olduğu şübhə doğurmur. Demək olar ki, bir neçə dəfə İcra Hakimiyyəti "Azərsu"nun işçilərini çağıraraq polis vasitəsilə ŞÜPƏK meşə massivində suyumuzu aparmaq üçün çəkiliş aparıb. Rövşən Bağırov bizə deyir ki, səsinizi çıxarsanız, sizə ağır başa gələcək. Başa düşmürük, biz nə cinayət etmişik ki, başçı bizi susuz qırmaq istəyir. Belə çıxır ki, 20 hektara yaxın meşə,1200 nəfərdən çox əhali şəxsi maraqları qarşısında onun üçün heç nədir... 

İcra başçısının dediyinə görə, Lerikdə bizim üçün yer yoxdur, şəhid balalarımız da onun nəzərində bir şey deyil... Belədirsə, Sizdən xahiş edirik, ya bizim  kəndlərimizi Yardımlı rayonuna birləşdirin, ya da başqa yerlərə köçürün.

Biz bununla bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse Prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynova müraciət etmişik. Bundan sonra da müraciətlərimiz davam edəcək. 

Hörmətlə, Şivlə, Biləvər və Geskon kənd əhalisi

1.Əliyev Ağaxan Fətəli AZE 02195615
2.Ağayev İslam Ocaqəli AZE 02195679
3.Ağayev Şirvan Ocaqəli AZE 03899030
4.Əliyev Hüseynbaba Abdin AZE 08450075
5.Rüstəmov Kamal Babiş AZE 02195845
6.Rüstəmov Cəbrayıl Babiş AZE 14678886
7.Həsənov Mirzəbaba Təriş AZE 02195619
8.Məmmədov Salman Allahverdi AZE 02195599
9.Fətullayev Alışan PİŞAN AZE 15621540
10.Əliyev Mahir Paşa AZE 09460732
11.Ağayev Mirzəli Atamalı AZE 09461773
12.Hüseynov Cəfər ƏLİ AZE 15899715
13.Hüseynov Əvsər Əli AZE 04517907
14.Kərimov Babaxan Hidi AZE 06434789
15.Kərimov Alim Alihəsən AZE 02355068
16.Əliyev Surət ABDİN AZE02195689
17.Əliyev Gülbaba Abdin AZE 02354345
18.Yoldaşov Allahyar Polad AZE 08449250
19.Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236
20.Yoldaşov Buludxan Polad AZE 03896958
21.Məmmədov Vasif Güləli AZE 03895624
22.Azadov İbrət Şəvəqət AZE 04994575
23.Azadov Ağababa Polad AZE 03899034
24.Ağayev Qədiməli MahmudəliAZE 08448052
25Ağayeva Zərifə Mürsəl AZE 02195614
26.Əliyev Rafiq Ağaxan AZE 
27.Əliyev Mirzəli Şami AZE 08072591
28.Şahmarov Emin Qaraxan AZE03898922
29.Azadov Bəfadar Söhbət AZE 09324289
30.Zamanov Zəfər Böyükxan AZE08073753
31.Nağıyev Həmdulla Nəhmət AZE 05832257
32.Zamanov Elman Böyükxan AZE 13427300
33.İmanov Hafiz Rəzzaq AZE 04903643
34.Azadov Meybulla Həbulla AZE 08073125
35.Azadov Fərzulla Xeyrulla AZE 07526889
36.Məmmədov Naib Əyyub AZE 02195617
37.Rüstəmov Cabir Mürsəl AZE 05768829
38.Ağayev Arazxan Burhan AZE 16674863
39.Zamanov Zamanxan BöyükxanAZE09324410
40.Azadov Mehman Ağababa AZE 13427853
41Azadov Bəhruz İbrət AZE 07524378
42.İmanov İsrafil Təhməz AZE 14678677
43.Teymurov Arzuman Xudaş AZE 03898909
44.Talıbov Bəybala İsmi AZE 045196633
45.Bayramov Babalı Mirzəhüseyn AZE 15621348
46.Əliyev Baladdin Paşa AZE 03898963
47.Əliyev Elman Sənham AZE 08448165
48.Əliyev Malik Sənham AZE15618933
49.Əkbərov Şali Ağayar  AZE 03898960".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->