Xəbər lenti

Lirə sürətlə çökür: Azərbaycan nə etməlidir?
Ekonomiks 22:11 10.08.2018

Lirə sürətlə çökür: Azərbaycan nə etməlidir?

"Azərbaycan Türkiyədən sərməyəsini geri çəkməməlidir"

Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi analitik, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Azərbaycanın Rusiya və Türkiyədən sərmayəsini geri çəkmək təklifinin siyasi risqləri böyükdür. Dövlət Neft Şirkəti Türkiydəki neft və kimya sənayesinə milyardla dollar yatırım qoyub, tək elə Star zavodunun inşasına 6 milyard dollardan çox yatırım qoyulub. Zavod oktyabr ayında işə düşəcək və ilbəil Türkiyəyə və Azərbaycana gəlir gətirəcək. İndi bu yatırımdan necə imtina etmək olar? Fərz edək ki, imtina etdik, Türkiyə bu addımımıza seyrçmi qalacaq? Onsuz da Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyənlər pusqudadırlar, bu ən çox da işğalçı Ermənistanın işinə yarayacaq.

Soyuqqanlı olmalıyıq. Bəli lirə sürətlə dəyərdən düşür və bunda Amerikanın Türkiyəyə qarşı sanksiyalarının rolu var. Ancaq Türkiyə strateji müttəfiqimizdir, Amerikanın sanksiyaları qarşısında qazanc gətirəcək yatırımlardan imtina etməməliyik. Onda belə çıxır ki, nə vaxtsa Azərbaycanda da manatla bağlı təhlükə yaransa Türkiyə də Azərbaycandakı yatırımlarınımı geri çəkməlidir? Türkiyə neçə il əvvəl manat devalvasiyaya uğrayanda bunu etmədisə yenə etməz. Belə isə bizə niyə Türkiyədəki lirənin enməsi və Amerikanın Türkiyə əleyhinə siyasəti qarşısında təslim olmalıyıq?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->