Litva Prezidenti Gitanas Nauseda casusluqda ittiham olunan rusiyalı Nikolay Filipçenko və Sergey Moiseenkonu əfv edib.
Qaynarinfo xəbəbr verir ki, bu haqda Litva Respublikası rəhbərinin saytı məlumat yayıb.
Saytın bildirdiyinə görə, onların cəzanın qalan hissəsini çəkməkdən azad olunublar.
Xatıladaq ki, Filipçenko 2015-ci ildə Kalininqrad vilayətindən Belarusiyaya gedən tranzit qatarda saxlanılıb. Prokurorluqdan verilən məlumata görə, o, işə qəbul üçün Litva sakinləri ilə bir neçə görüş keçirən mütəşəkkil dəstənin tərkibində çıxış edib. 2017-ci ilin avqustunda Vilnüs məhkəməsi onu 10 il həbs cəzasına məhkum edib.
Rusiyalı Moiseenko və Litva vətəndaşı Sergey Puşşhin 2014-cü ildə casusluqda ittiham edilib. Müstəntiqlərin fikrincə, litvalı gizli məlumatları Rusiya kəşfiyyatının xeyrinə toplayıb, sonra onu Moiseenkoya ötürüb.
Bundan başqa Puşşini Litva Müdafiə Nazirliyinin gizli sənədlərinin surətlərini ötürməkdə, Moiseenko isə qanunsuz silah və partlayıcı maddə saxlamaqda ittiham olunub. 2017-ci ilin fevralında litvalı 5 il, rus 10,5 il azadlıqdan məhrum edilib.
Alpər
Şərhlər