Litva Prezidenti Molotov-Ribbentrop Paktının

Litva Prezidenti Molotov-Ribbentrop Paktının "bərpasına" qarşı

Litva Müdafiə üzrə Dövlət Şurası (GSO) Prezident Gitanas Nausedanın rəhbərliyi ilə Rusiya səlahiyyətlilərinin İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya ilə SSRİ arasında imzalanmış hücum etməmək barədə müqaviləni "yeniləmək" planlarını müzakirə edib.

Qaynarinfo xəbər verir ki, prezidentin açıqlamasında bildirilir: "GSO üzvləri Rusiya Konstitusiyasına gələcək dəyişikliklərin və Molotov-Ribbentrop Paktının rəsmi şəkildə yenilənməsi ilə bağlı elan edilmiş planları, habelə müqavilənin gizli protokolları çox böyük narahatlıq doğurur".

Açıqlamada müttəfiqlərin və beynəlxalq ictimaiyyətin diqqətini "Rusiyanın qonşu dövlətlərə qarşı öz siyasətini əsaslandırmaq, onların dövlətçiliyinə meydan oxumaq və Avropa Birliyi və NATO-nu bölmək üçün tarixi sistematik şəkildə təhrif etmək üçün səy göstərdiyinə" yönəltmək lazım olduğu deyilir. 
Nauseda bu məsələni Avropa Şurasının 17-18 iyulda keçiriləcək iclasında qaldırmaq niyyətindədir.

Qeyd edək ki, hazırda Rusiyada Konstitusiyaya dəyişikliklər barədə səsvermə keçirilir, bunlardan biri tarixi həqiqətlərin qorunması haqqında müddəadır, - Rosbalt.ru yazır.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image