Dünya 16:13 29.10.2020

Litva Rusiyanın daha bir TV kanalını bağlamağa hazırlaşır

"Litva İsveçdə qeydiyyatdan keçmiş Rusiya telekanalı RTR-Planeta-nın yenidən yayımını dayandıra bilər.


Qaynarinfo xəbər verir ki, bununla bağlı Litva Radio və Televiziya Komissiyası (LRTK) çərşənbə günü dayandırma proseduruna start verib.


Sputnik-in məlumatına görə, komissiya AB-nin audiovizual media xidmətləri ilə bağlı direktivinin televiziya kanalının və respublikanın ictimai məlumat qanununu təkrarən pozduğu səbəbindən belə bir qərar qəbul edib. Xüsusilə, proqramda "müharibə, nifaq və milli nifrətə təhrik" görülüb.


Agentliyin məlumatına görə, LRTK Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin iştirakı ilə verilişdə pozuntulara yol verildiyini bildirib: "LRTK müəyyən edib ki, 17 sentyabr 2020-ci il tarixində RTR Planeta-nın yayımladığı "60 dəqiqə" proqramında iştirak edən Vladimir Jirinovskinin mövqeyi Litva, Latviya, Estoniya, Ukrayna, Polşaya qarşı aqressivdir, onun "silahları doldurmaq”, raketləri açmaq, qsıxışdırmaq, hücum etmək" kimi hədyanları isə müharibə və nifrətə təhrik kimi qəbul edilə bilər".


Komissiya bildirib ki, bu il proqramda artıq ikinci dəfə pozuntu baş verib. Üçüncü belə qayda pozuntusu aşkar edilərsə, müəyyən edilmiş prosedurlar tamamlandıqdan sonra, LRTK bu televiziya proqramının Litvada pulsuz yayımını müvəqqəti dayandıra bilər. "Komissiya Avropa Komissiyasına da məlumat verəcək. Əgər pozuntu barədə Aİ-yə bildiriş göndərildiyi gündən bir ay ərzində qarşılıqlı razılaşma və etiraf əldə etmək mümkün olmasa, qanuni hərəkətlər davam edəcək, LRTK RTR-Planetanın yayımını yenidən bir il və ya daha çox müddətə dayandıra bilər", - Sputnik əlavə edib.

Xatıqladaq ki, Estoniya paytaxt rəhbərliyi 1 oktyabrdan etibarən Rusiya televiziyalarının proqramlarını da yayımlayan şəhər telekanalı Tallinn Televiziyasının (TTV) yayımını dayandırıdılar.

 

Alpər