Livanda gözəllərin rəqs yarışmasını xatırıladan etiraz aksiyaları (VİDEO)

Livanda gözəllərin rəqs yarışmasını xatırıladan etiraz aksiyaları (VİDEO)

Hökumət 17 oktyabrda Livanın paytaxtı Beyrutda başlayan nümayişlərin qarşısını hələ də ala bilməyib.

Qaynarinfo xəbər verir ki, etiraz aksiyalarında iştirak edənlərin sayı günü-gündən artmaqda davam edir.

Livanın baş naziri Həririnin istefası tələbiylə davam edən aksiyalar daha çox xristian, dürzi, şiə və sünnilərin çoxluq təşkil etdiyi bölgələrdə vüsət alıb.

Həririnin "Gələcək hərəkatı” partiyasının əsasını təşkil edən Tripoli, Akkar və Sayda şəhərləri ilə birgə xristian və dürzi partiyalarının dəstəkləndiyi digər bölgələrdə də siyasi liderləri cəmiyyətə laqeydlik etməkdə günahlandıran nümayişçilər dəyişiklik tələbləri ilə küçələrə axışırlar.

Etiraz aksiyalarında çəkilən görüntülər isə olduqca maraqlıdır.

Rəqqasların oynadıldığı meydanlarda nümayişçilər də rəqs edib yallı gedirlər.

Görüntüləri təqdim edirik.

XƏBƏRLƏR
BLOGLAR