Xəbər lenti

Lotu Quli həbsindən bir gün əvvəl 200 avtoriteti İstanbula niyə toplayıb?
Ölkə 15:20 11.10.2018

Lotu Quli həbsindən bir gün əvvəl 200 avtoriteti İstanbula niyə toplayıb?

Ötən bazar günü - oktyabrın 7-də İstanbulda Fatehin rayonunun mikrorayonlarından birində, Aksarayda Qafqazdan və Mərkəzi Asiya ölkələrindən olan kriminal avtoritetlərin yığıncağı keçirilib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, bu haqda haqda Özbəkistandan olan iki mənbə "Azadlıq” radiosunun yerli xidmətinə bildirib.

Yığıncağa Lotu Quli adı ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifov sədrlik edirdi.

​"Hazırda Türkiyədə yaşayan Lotu Quli Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan "qanuni oğrular”ın böyük yığıncağını keçirdi. Yığıncağa Lotu Quli ilə birlikdə on kriminal avtoritet və onların təxminən qırx mühafizəçisi gəlmişdi. Yığıncaqda Mərkəzi Asiyadan olan "qanuni oğrular”ın "Səmərqənd Axtamı” ləqəbli lideri iştirak edirdi. Bundan başqa, yığıncaqda Özbəkistanın kriminal dünyasının təxminən 100 nümayəndəsi iştirak edir. Onlar hazırda İstanbulda yaşayırlar. Qazaxıstandan 30, Qırğızıstan və Tacikistandan isə 50 "qanuni oğru” İstanbula gəlmişdi”, - yığıncaqda iştirak etmiş özbək kriminal avtoritet deyib.

Yığıncağın daha bir iştirakçısı danışır ki, bu keçmiş Sovet İttifaqı ölkələrindən kriminal avtoritetlərin ən böyük yığıncaqlarından biri idi.

Orada bir sıra mübahisəli məsələlərin, o cümlədən "obşak”a daxil olan pulun necə xərclənməsi məsələləri müzakirə edilib. Bundan başqa, ən böyük özbək iş adamı və avtoritetlərdən birindən "obşak”dan götürülmüş pulun qaytarılması tələb olunub.


Mənbələrin sözlərinə görə, yığıncaq zamanı Nadir Səlifov bildirib ki, Özbəkistandan meyvələrin və tərəvəzlərin ixracıyla məşğul olan özbək oğru 2010-cu ildə "Obşak”dan 10 milyon ABŞ dolları götürüb. Səlifov şərt qoyub ki, pul 2019-cu ilin əvvəlinə kimi qaytarılmalıdır. Lotu Quli qeyd edib ki, borcun geri qaytarılmaması halında, özbək sahibkarı kriminal dünyanın qaydaları üzrə cəzalandırılacaq.

Xatırladaq ki, Lotu Quli sözügedən yığıncaqdan bir gün sonra - oktyabrın 8-də İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılmışdı. Türkiyə KİV-inin yazdığına görə, Nadir Səlifov Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanıb. Birincisi, iki il əvvəl onun azərbaycanlı avtoritet Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması ilə bağlıdır.

İkincisi, onun Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə bağlıdır.

Oktyabrın 9-da isə Nadir Səlifov azadlığa buraxılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->