Xəbər lenti

“Lotu Quli” sərbəst buraxıldı (YENİLƏNİB)
Ölkə 17:10 09.10.2018

“Lotu Quli” sərbəst buraxıldı (YENİLƏNİB)

Dünən İstanbulda saxlanılmış "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb. 

Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur. 

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı. 

Ancaq bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov özcəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib. 

Barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, sabah, oktyabrın 10-da azad ediləcək. 

Göründüyü kimi, onun gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar. 
 
***10.00
 
"Lotu Quli" ləqəbli Nadir Səlifovun İstanbulda ötən axşam saxlanılması ilə bağlı detallar məlum olur.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, Qulinin adı Azərbaycan və Rusiyada bir çox cinayət işində hallanır, eləcə də 2016-cı ilin avqust ayında Beşiktaşda Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi hadisəsində sifarişçi olmaqda təqsirləndirilir.

Azərbaycan hökumətinin barəsində həbs qərarı verildiyi bildirilən Səlifov İstanbulda yaşadığı ünvana təşkil edilən əməliyyat zamanı saxlanılıb.

Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.

***10.00
 
Türkiyədə yaşayan "qanuni oğru” Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində kriminal aləmin üzvünü yaxalayaraq onu müvəqqəti təcridxanaya gətiriblər.

"Loti Quli” Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.

Qeyd olunur ki, Rusiyanın "Rambler. ru” saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır” başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli”nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub. 

Hazırda "Lotu Quli” İstanbul Polis İdarəsində dindirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->