Xəbər lenti

Lotu Quli yenidən həbs olundu
Ölkə 10:18 23.10.2018

Lotu Quli yenidən həbs olundu

Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb.

Qaynarinfo-nun virtualaz.org-a istinadən məlumatına görə, Lotu Qulinin qohumlarına  bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır. Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır.

Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi.

Son məlumata görə, N.Səlifov Bolqarıstanla sərhəddəki Miqrasiya xidmətinin izolyatorlarından birində saxlanılır. Ankara onun Rusiyaya və ya Azərbaycana deportasiyası imkanına baxır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->