Xəbər lenti

İdman 10:33 27.07.2022

Luis Suarez Uruqvay çempionatına qayıtdı

Luis Suarez karyerasını Uruqvayda davam etdirəcək. 
 
Qaynarinfo xəbər verir ki, mövsümün sonunda İspaniya təmsilçisi "Atletiko"dan (Madrid) təcrübəli forvard ölkəsində "Nasyonal"ın formasını geyinəcək. Bu barədə 35 yaşlı hücumçunun özü şəxsi tviter səhifəsində məlumat verib. O, yeni klubu ilə anlaşdığını və yaxın günlərdə rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.
 
1998 - 2006-cı illərdə də Madrid təmsilçisinin şərəfini qoruyan hücumçu Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona"nın da formasını geyinib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->