Xəbər lenti

Lukaşenko gizli andiçmə keçirdi, müxalifət müddətsiz itaətsizliyə çağırış etdi
Dünya 16:56 23.09.2020

Lukaşenko gizli andiçmə keçirdi, müxalifət müddətsiz itaətsizliyə çağırış etdi

Lukaşenkonun inauqurasiyasından sonra Belarus müxalifəti itaətsizlik aksiyası qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu haqda şura rəyasət heyətinin üzvü Pavel Latuşko "Danışır Moskva”ya bildirib.

Yayılmış bildirişdə deyilir ki, Lukaşenko öz andiçmə mərasimində "xüsusi əməliyyat” keçirdiyi vaxt belaruslar misilsiz bir vəziyyətlə qarşılaşıblar.
Belarus Müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Pavel Latuşko qeyd edib ki, Koordinasiya Şurası müddətsiz itaətsizlik hərəkəti tərəfdarı olduğunu açıqlayıb və yeni prezident seçkiləri tələb edib. 

Bundan əvvəl Latuşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun gizli və ənənəvi video yayım olmadan keçirilmiş andiçmə mərasimini tənqid edib. Lukaşenkonun gizli andiçmə mərasiminin hazırlanmasına dair xəbərlər dünən mediada yer alıb.

Xatırladaq ki, Minskdə yenidən ölkə prezidenti vəzifəsini icra edən Lukaşenkonun andiçmə mərasimi keçirilib. Tədbirdən video yayımlanmayıb və Lukaşenkonun andiçmə mətni televiziya kanalında aparıcıların özləri tərəfindən oxunub.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->