Dünya 15:21 23.09.2020

Lukaşenkonun adı Vikipediyada saxtakarlara dair məqalədə yer aldı

Çoxdilli universal İnternet ensiklopediyası olan Vikipediyada "Saxtakarlar" məqaləsi yenilənib. 

Qaynarinfo xəbər verir ki, bu gün andiçmə mərasimi keçirən və Belarus prezidenti vəzifəsini icra edən Aleksandr Lukaşenkonun adı həmin məqalədə yer alıb.

Məqalədə deyilir ki, saxtakar (rusca – sамозванeц) özünü adətən eqoist və ya siyasi məqsədlər üçün əslində başqa biri kimi təqdim edən insandır. Aşağıda kateqoriyalara bölünən bir siyahı var: "Qədim saxtakarlar", "Saxta Məsihlər və Saxta İsalar" və yaxud "Avropanın saxtakarları", eləcə də islam dünyasında "Saxta Mehdilər” və s.

Son "Digər" bölməsində Norveç taxtını ələ keçirən Sverrir Siqurdson, İmperator II Frederik kimi özünü təqdim edən Til Kolup, bir neçə başqa ad və Aleksandr Lukaşenkonun adı verilib: 

"2020 seçkilərindən əvvəl heç vaxt siyasətlə məşğul olmayan Svetlana Tixanovskaya uduzan belaruslu diktator".
 
Alpər