Lukaşenkonun rəqibi Tixanovskaya belaruslara çağırış etdi (VİDEO)

Lukaşenkonun rəqibi Tixanovskaya belaruslara çağırış etdi (VİDEO)

İnternetdə seçkidə Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın müraciəti yayılıb. 

Qaynarinfo xəbər verir ki, seçkidə iştirak edənlərə və onu dəstəkləyənlərə təşəkkür edən Tixanovskaya respublika vətəndaşlarını polislə qarşıdurmaya getməməyə və meydanlara çıxmamağa çağırıb. "Belarus xalqı öz seçimlərini etdi" deyən Tixanovskaya etirazçılardan həyatlarına təhlükə yaratmamalarını, özünə və yaxınlarına qayğı göstərmələrini istəyib:

"Hörmətli Belarusiya vətəndaşları! Mən, Svetlana Tixanovskaya, sizə prezident seçkilərində iştirak etdiyiniz üçün təşəkkür edirəm. Belarus xalqı seçimini etdi. Minnətdarlıq və səmimi qəlbdən bu müddət ərzində mənə dəstək olan bütün vətəndaşlara müraciət edirəm.

Belaruslar! Sizi ehtiyatlı olmağa və qanuna hörmətlə yanaşmağa çağırıram. Qan və şiddət istəmirəm. Sizdən polislə üzləşməməyi, meydanlara çıxmamağı, həyatınıza təhlükə yaratmamağınızı xahiş edirəm. Özünüzü və yaxınlarınızı qoruyun!”.

Tixanovsayanın çağırışının aşağısında şərhçilərdən biri yazıb:

"Belə çıxır, Tixanovskaya xüsusi razılaşmaların təkcə birincisini (tərk etmək) deyil, ikinci (etirazlara son qoymağa çağırış) hissəsini də yerinə yetirdi?!.”
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR