Xəbər lenti

Ölüləri geyindirib, turist qabağına çıxarırlar (FOTOLAR)
Foto 15:44 20.10.2018

Ölüləri geyindirib, turist qabağına çıxarırlar (FOTOLAR)

Siciliyanın Palermo şəhərində yerləşən "Ölülər evi" hər il minlərlə turisti qəbul edir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Catacombe dei Cappuccini" adlı muzeydə 2 minə yaxın mumyalanmış cəsəd nümayiş etidirilir.

Cəsədlərdən ən köhnəsi 410 il bundan öncəyə aiddir. Həmçinin muzeydə 1800-cü illərdən qalan kişi cəsədləri, 90 il öncə sətəlcəm xəstəliyindən ölmüş bir qız uşağının pozulmamış üzü, qiyafəsinin altında skeleti görünən bir rahib və yüzlərlə bu kimi cəsəd var.

Maraqlı məqamlardan biri də buradakı professor, həkim, müəllim, vəkil və hərbçi cəsədlərinə peşələrinə uyğun olaraq libaslar geyindirilib.

Muzeydən maraqlı fotoları sizlərə təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->