Ölümüylə ABŞ-ı ayağa qaldıran qaradərilidə koronavirus tapıldı

Ölümüylə ABŞ-ı ayağa qaldıran qaradərilidə koronavirus tapıldı

Həkimlər ölümüylə ABŞ şəhərlərində etirazlara səbəb olan afroamerikalı Corc Floydda koronavirus infeksiyası aşkarlayıblar.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Minnesotadaki Hennepin Dairə Ədliyyə Bürosu tərəfindən nəşr olunan tibbi-ekspertiza sənədində məlumat verilib.

Həkimlərin dediyinə görə, xəstəlik asemptomatik olub və onun ölümünə səbəb ola bilməzdi. Tibbi ekspertlərin hesabatına əsasən, Floyd boyun və kürəkdəki təzyiq səbəbiylə boğularaq ölüb.

Xatırladaq ki, afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra ABŞ-ı kütləvi etirazlar bürüyüb və sonradan iğtişaşlara çevrilib. Hadisə nəticəsində dörd polis işdən çıxarılıb və onlardan biri ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib. 
 
Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image