Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edərək, 5 gün davam edəcək hərbi təlimlərə start verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Venesuela milli azadlıq hərəkatının lideri Simon Bolivarın 200 illik yubileyi münasibətilə keçirilir. Hərbi təlimlərin açılış mərasimində əsgərlərə xitab edib:
"Silahlı Qüvvələr burdadır. 200 ildir bu vətənin şərəfini qoruyan insanlar burdadır. Donald Tramp da kənara, hədə-qorxuları da".
ABŞ-ın hərbi müdaxilə hədələrinin artdığı bir dövrdə başlayan və fevralın 15-nə qədər davam edəcək təlimlərdə ordunun hazırlıq səviyyəsi və polis orqanları ilə koordinasiyalı çalışması sınaqdan keçiriləcək.
Şərhlər