Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçiminin iyunun 18-dək aparılacağı bildirilib.
Bəs, ixtisas seçiminin müddəti uzadıla bilərmi?
Dövlət İmtahan Mərkəzindən verilən məlumat görə, magistraturaya ixtisas seçimi ərizəsinin təsdiq edilməsi üçün qoyulmuş müddət uzadılmayacaq.
Qeyd eədk ki, mərkəzin iyunun 16-ı saat 11:15-ə olan məlumata görə məlumatına görə, ümumilikdə 5738 nəfər (Azərbaycan bölməsi üzrə 5276, rus bölməsi üzrə 462 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.
İxtisas seçimi ilə bağlı zəruri məlumatlar isə "Magistratura 4” jurnalında qeyd edilib.
Şərhlər