Xəbər lenti

Mahir Əmrəli: “Ailə başçısıyam, Ayişə də qızımdır” (VİDEO)
Video 11:43 13.06.2019

Mahir Əmrəli: “Ailə başçısıyam, Ayişə də qızımdır” (VİDEO)

"Qarabağ”ın oyunçusu Mahir Əmrəli bacısı Ayişə Əmrəliyə doğum günü keçirib.

Futbolçu bacısının 20-ci yaş günündə ilk dəfə ailə başçısı kimi çıxış edib:

"Öyrəşmədiyimə görə ailə başçısı kimi söz demək çətindir. Amma biz həyatımızda yeni etapa başlamışıq. Burada olan hər kəs üçün bu, sirr deyil. Ayişə həm bacım, həm sirdaşım, bundan sonra da qızımdır. Çünki Ayişə də şəxsiyyət vəsiqəsində "Əmrəli” soyadını daşıyacaq”.

Qeyd edək ki, Mahirin atası prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan rəsmən boşanmamış, Samirə adlı makiyaj ustası ilə nişanlanıb. Bu hadisə isə ailədə qalmaqalın yaranmasına, Mahir və Ayişənin soyadlarını "Mədətov”dan "Əmrəli”yə keçirməsinə səbəb olub. (axşam.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->