İdman 17:38 08.07.2022

Mahir Emreli superkubok matçını buraxacaq

Millimizin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya superkuboku uğrunda "Hayduk"la oyunu buraxacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib. O, Emrelini zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmadığını açıqlayıb.

İyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
 
Səbuhi Həsənov