XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

100 min nəfər İnfantinonun fəaliyyətini araşdırmağı tələb edir - Fransa dəstəyi kəsir
İdman20:00 09.09.2026

100 min nəfər İnfantinonun fəaliyyətini araşdırmağı tələb edir - Fransa dəstəyi kəsir

100 mindən çox insan “FairSquare” hüquq müdafiə təşkilatının kollektiv şikayətinə qoşularaq Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika Komitəsindən təşkilatın prezidenti Canni İnfantinonun fəaliyyətini araşdırmağı tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” FİFA-ya göndərilmiş məktuba istinadən yazıb.

Sənəddə müəlliflərin fikrincə, İnfantinonun FİFA qaydalarını, o cümlədən səlahiyyətlərindən sui-istifadə ilə bağlı müddəaları pozduğu səkkiz epizod sadalanıb.

“100 min insanın məsuliyyət daşıyan şəxslərin cavab verməsi tələbinə qoşulması ictimai narahatlığın artdığını açıq şəkildə göstərir. Etika Komitəsi yalnız hərəkətə keçməməli, bunu operativ, şəffaf və hərtərəfli şəkildə etməlidir”, deyə müraciətdə qeyd olunub.

Bu arada, Fransa Futbol Federasiyası (FFF) Canni İnfantinonun təşkilat rəhbəri vəzifəsinə qarşıdakı seçkilərdə namizədliyini dəstəkləməyi planlaşdırmır. Bu barədə “L'Équipe” məlumat yayıb. Yekun qərarın sentyabrın 10-da federasiyanın İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacağı gözlənilir.

İnfantino ətrafında qalmaqal 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra onun hüquqların bir hissəsinin kənar investorlara satılması planlarından danışmasından sonra yaranıb. Bu açıqlama futbol ictimaiyyətinin mənfi reaksiyasına və 2030-cu il dünya çempionatını boykot etmək çağırışlarına səbəb olub.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası İnfantinonu hüquqların satılması ideyasına əsaslanan “FIFA Forward Enterprise” layihəsi ilə bağlı aldatmada ittiham ediblər. FİFA yaranan tənqid və narazılıq dalğasından sonra bu ideyadan imtina edib. Bir sıra ölkələr artıq qarşıdakı FİFA prezident seçkilərində İnfantinonu dəstəkləməkdən imtina edib.

Aydın