Mahir Mədətovdan alqışa layiq jest (FOTO)

Mahir Mədətovdan alqışa layiq jest (FOTO)

Topaz Premyer Liqasının XXV turu çərçivəsində baş tutan "Qarabağ" - "Keşlə" matçında xoşagəlməz hal yaşanmışdı.

Matçın 18-ci dəqiqəsində, "Qarabağ"ın ilk qolundan bir neçə saniyə əvvəl "Keşlə"nin qapıçısı Şahin Zəkiyev ağır zədə almışdı. Belə ki, həmin vaxt "Qarabağ"ın hücumçusu Mahir Mədətovla mübarizə zamanı hücumçunun ayağına tuş gələn Zəkiyevin burnu sınmış, qapıçı dərhal əvəzlənib, daha sonra əməliyyat olunmuşdu.

Mədətovun bu xoşagəlməz halla bağlı atdığı addım isə alqışalayiqdi deyə bilərik. Məsələ burasındadı ki, hücumçu oyun zamanı bilməyərəkdən zədələdiyi Şahini ziyarət edib. Mahir qapıçının əməliyyat olunduğu xəstəxanaya baş çəkib. O "Keşlə"nin qolkiperi ilə fotosunu da paylaşıb. 
 
XƏBƏRLƏR
BLOGLAR