Samuxda məktəbdə keçirilən "Son zəng” mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.
Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.
Qeyd edək ki, sözügedən məktəbdə bu il keçirilən "Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.
Şərhlər