Ötən günlərdə Fransanın paytaxtı Parisdə I Dünya Müharibəsinin yekunlaşmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə maraqlı hadisə yaşanıb.
Qaynarinfo xəbər verir ki, tədbiri izləməyə gələnlərdən 101 yaşlı qadın Almaniya Kansleri Angela Merkeli Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla səhv salıb. Qadın Merkelə "Siz xanım Makronsunuz" deyib və cavabında Almaniya kansleri həm alman, həm də fransızca "Xeyr, mən Almaniya kansleriyəm" cavabını verib.
Qeyd edək ki, Emmanuel Makron həyat yoldaşından 25 yaş, Angela Merkeldən isə 24 yaş kiçikdir.
Gülşən
Şərhlər