Xəbər lenti

Palatanın səhvini məhkəmə düzəltdi - cərimə ləğv edildi
Ekonomiks 18:00 11.07.2019

Palatanın səhvini məhkəmə düzəltdi - cərimə ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının "Soçi" MMC-nin 635.31 manat cərimələnməsi barədə yazdığı protokolla bağlı çıxarılmış qərar ləğv edilib.

Qaynarinfo "Report"un məlumatına istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4 maddəsi ilə təqsirli bilinməsi barədə Nəsimi Rayon Məhkəməsinin 6 may 2019-cu il tarixli qərarını ləğv edib.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Soçi" MMC təmir-tikinti materiallarının satışı ilə məşğul olan şirkətdir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->