Ötən gün Filippində 50-dən çox ölümə səbəb olan Manqkhut qasırğası artıq Çinə çatıb.
Qaynarinfo xəbər verir ki, Çinin cənubu və Honkonqda müşahidə edilən qasırğa artıq 4 nəfərin ölümünə, 200-dən çox insanın yaralanmasına səbəb olub. Sürəti saatda 165 km-ə çatan Manqkhut Makauda 18, Honkonqda 213 nəfəri yaralayıb. 4 nəfərin öldüyü Quanqdonq əyalətində 2,5 milyon insan təhlükəsiz yerlərə köçürülüb.
Bəzi ərazilərdə elektrik problemi yaranıb, iş və təhsil müəssisələri fəaliyyətini dayandırıb, təyyarə səfərləri təxirə salınıb.
Gülşən
Şərhlər