Dünya 14:31 26.11.2020

Maradonanın cənazəsi prezident sarayına aparıldı

Ötən gün 60 yaşında vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın cənazəsi vida mərasiminin keçiriləcəyi Buenos-Ayresdəki Kasa Rosada prezident sarayına aparılıb.

Report ADNSUR nəşrinə istinadən xəbər verir ki, mərasim nahar vaxtı başlayacaq və 48 saat davam edəcək.

Vida mərasiminə hər kəs gedə bilər. Səlahiyyətli şəxslər koronavirus pandemiyası şəraitində matəm tədbirinin təşkili üzərində işləyirlər.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.