Video 10:17 23.02.2021

Marsa enişin ilk real görüntüsü, "qırmızı planet"dən gələn ilk səslər (VİDEO)

18 fevralda "qırmızı planet"ə enən Amerika marsoxodunun enişi videosu yayılıb.

Qaynarinfo xəbər verir ki, video NASA mütəxəssisləri tərəfindən nümayiş etdirilib.

Bu videoda həm də bəşəriyyət tarixində Marsdan gələn ilk səslərin eşidildiyi bir audio qeyd də yer alır. 

NASA Twitter-də "Countdown to Mars" - "Marsa uçuş üçün geri sayım" haştagı başladılıb. Birləşmiş Ştatlar yaxın on ildə ilk insan kosmik gəmisini oraya göndərməyə hazırlaşır.

Qeyd edək ki, əvvəllər "Perseverance” roveri yad planetlərdən Yerə fotoşəkillər göndərirdi.
 
Alpər