Xəbər lenti

Texnologiya 11:00 26.11.2019

Marsdan Yerə qaya nümunələri gətiriləcək - 7 milyardlıq layihə

NASA və Avropa Kosmik Agentliyi Marsdan qaya nümunələrinin Dünyaya gətirilib araşdırılması üçün layihə hazırlayır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən layihə üçün 7 milyard dollarlıq büdcə ayrılıb. Qaya parçalarının 2031-ci ildə Yer kürəsinə gətirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, NASA bu araşdırma üçün gələn ilin iyul ayında "Mars 2020" robotunu kosmosa göndərəcək.
 
Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?