Ölkə 14:42 15.12.2019

Masallıda zəlzələ oldu

Dekabrın 15-də yerli vaxtla saat 12:32-də Lənkəran stansıyasından 34 kilometr şimal-şərqdə Masallı ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, zəlzələ hiss olunmayıb.

Masallıdakı zəlzələ 3.4 maqnituda gücündə olub və ocağı 36 kilometr dərinlikdə yerləşib.