Xəbər lenti

Masazırda faciə: kişi öz evində diri-diri yandı
Ölkə 09:30 11.11.2017

Masazırda faciə: kişi öz evində diri-diri yandı

Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

"Qaynarinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti  aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->